Mbappeni qabaqladılar

“Monako” Çempionlar Liqasının I turunda “Barselona”nı məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, fransızların qələbə qolunu George İlenikena vurub. Oyun zamanı o 18 yaş 34 günlük olub.

Bununla da, George “Monako” formasıyla Çempionlar Liqasında qol vuran ən gənc futbolçu olub. Daha əvvəl bu rekord Kilian Mbappeya aid idi. Mbappe 18 yaş 63 günlüyündə qol vurub.