Mbappedən sonra qardaşı da PSJ-dən ayrılır

PSJ-nin futbolçusu Ethan Mbappe klubu tərk edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 17 yaşlı müdafiəçi qardaşı Kilian Mbappenin komandanı tərk etməsindən sonra ayrılıq qərarı verib.

Etan “Lill”lə danışıqların son mərhələsindədir. Problem çıxmazsa, yarımmüdafiəçi yeni mövsümdən bu komandanın şərəfini qoruyacaq.

Etan PSJ-nin yetirməsidir. O, son mövsümdə Liqa 1-də üç oyuna çıxıb.