Mbappe Zidanı qabaqladı

Fransa millisi yoldaşlıq görüşündə Lüksemburqu 3:0 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, “Real”ın yeni transferi Kilian Mbappe matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Opta”nın məlumatına görə, bu Mbappe məhsuldar ötürmə sayında Zinəddin Zidan və Tyerri Anrini geridə qoyub.

Belə ki, sabiq futbolçular millidə 26 məhsuldar ötürmə ilə yadda qalmışdı. Mbappedə isə bu göstərici artıq 27-dir.

Sözgedən göstəricidə lider Antuan Qrizmanndır – 30 məhsuldar ötürmə.