Mbappe sualları cavablandırdı – “Real”a keçir?

PSJ ilə müqaviləsi başa çatan Kilian Mbappe növbəti klubu haqda sualları cavablandırıb.

Futbolpress.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı forvard hələ qərar vermədiyini söyləyib:

– Anan dedi ki, hara getdiyini hamı bilir…
– Bilirsə, ondan soruşun. Çünki mən bilmirəm.

– “Real”a keçirsən?
– PSJ-dən gedirəm. İndiki məqamda biləcəyiniz yeganə şey budur.

Mbappenin PSJ ilə müqaviləsi iyunun 30-da başa çatır. Onun “Real”la müqavilə imzaladığı iddia edilirş