Mbappe “Real”da məşqlərə başladı – FOTO

Madridin “Real” klubunun yeni transferi Kilian Mbappe yeni komandası ilə məşqlərə başlayıb

Futbolpress.az xəbər verir ki, Madrid klubunun rəsmi sosial şəbəkə hesablarında Avropa çempionatından sonra istirahətə yollanan komandanın bəzi futbolçularının tibbi müayinədən keçdiyi ilə bağlı paylaşım edilib. Görüntülərdə Cud Bellinqem, Federiko Valverde, Aurelian Çuameni, Ferlan Mendi, Dani Karvaxal, Kamavinqa və Kilian Mbappe yer alıblar.