Mbappe rəsmən “Real”da

Fransalı hücumçu Kilian Mbappenin “Real”a keçidi rəsmiləşib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Madrid təmsilçisi 25 yaşlı forvardla 5 illik müqavilə imzalayıb.

Mbappe son mövsümü PSJ-də keçirib. O, “Real”a azad agent kimi keçib.