Mbappe: “Qızıl top”u qazanmaq ən böyük arzumdur”

Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe açıqlama verib.

Futbolpress.az xəbər verir ki, 25 yaşlı oyunçu ən böyük arzusunun “Qızıl top”u qazanmaq olduğunu deyib:

“Qızıl top”u qazanmaq ən böyük arzumdur. Uşaqlıqdan dünyanın ən yaxşı futbolçusu olmaq istəmişəm. Bu hədəfimə çatmaq üçün daha çox çalışacam. Futbolun həzzini itirmədən onu təkmilləşdirmək istəyirəm”.

“Qızıl top”un qalibi oktyabrın 28-də açıqlanacaq. Mbappe mükafatı qazanmağa əsas favoritlərdəndir.