Mbappe Olimpiya Oyunlarına getməyəcək – səbəb

Fransalı hücumçu Kilian Mbappe Paris Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə COPE radiosu məlumat yayıb. Xəbərdə Mbappenin “Real”la müqavilə imzalayacağı və “kral klubu”nun onu Olimpiya Oyunlarına göndərməyəcəyi bildirilib.

Mbappe mayın 10-da PSJ-dən ayrılacağını açıqlayıb.

Parisdə keçiriləcək Olimpiya Oyunları 26 iyul – 11 avqustda olacaq.