Mbappe: “Necə oynayacağım haqda çox düşünürdüm”

“Real”ın hücumçusu Kilian Mbappe açıqlama verib.

Futbolpress.az xəbər verir ki, fransalı futbolçu “kral klubu”na uyğunlaşmasından söz açıb:

“İlk vaxtlar uyğunlaşmada problem yaşayırdım. Çünki mövqeyimlə bağlı tərəddüd edirdim və necə oynayacağım haqda çox düşünürdüm. Belə olanda pis oynamağa başlayırsan. Lakin bilirdim ki, düzələcək. “Real” kimi komandada oynayırsansa, hər şeyə hazır olmalısan”.

Mbappe bu mövsüm 29 oyunda 17 qol vurub.