Mbappe nə üçün millidə oynamaq istəmir?

“Real”ın hücumçusu Kilian Mbappe Fransa millisinin baş məşqçisi Didye Deşamla mübahisə edib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Get Football News” portalı məlumat yayıb. Mbappe Fransa yığmasının ötən ay baş tutan oyunları üçün heyətə dəvət edilməyib. Yığmanın baş məşqçisi Didye Deşam daha əvvəl oyunçunun sağlıq durumu ilə bağlı belə qərar verdiklərini deyib.

Lakin yeni məlumata görə, Mbappe özü yığmaya gəlməyib. O, baş məşqçi Deşamla anlaşa bilmir və onun rəhbərliyi müddətində millidə oynamaq istəmir.