Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında “Mançester Siti” ilə cavab oyunu öncəsi jurnalistlərə açıqlama verib.
Futbolpress.az xəbər verir ki, italiyalı hücumçu Kilian Mbappe ilə bağlı ünvanlanan – Mbappenin ən yaxşı formasında olduğunu hiss edirsiz? – sualına belə cavab verib:
“Mən yeni heç nə görmürəm. Mbappe motivasiyalı və fiziki cəhətdən hazır olduğunu göstərir. Matçlardan əvvəl stresin öhdəsindən yaxşı gəlir, çox sakitdir. Təzyiqləri idarə etmək qabiliyyətinə malikdir. O, indi yaxşıdır”.
“Real” – “Mançester Siti” cavab oyunu fevralın 20-si, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk oyunda madridlilər 3:2 hesabı ilə qalib gəlib.