Mbappe Madriddə malikanə aldı

PSJ-dən ayrılacağını açıqlayan Kilian Mbappenin yeni mövsümdə “Real”da çıxış edəcəyi gözlənilir.

Futbolpress.az xəbər verir ki, 25 yaşlı hücumçu artıq Madriddə özünə ev alıb. O, dəyəri 18 milyon avro olan malikanəyə sahib olub.

Onun evi klubun keçmiş müdafiəçisi Serxio Ramosun və amerikalı aktyor Riçard Qirinin malikanəsinin yanındadır.

“Real”ın Mbappenin transfeirni iyunun əvvəlində açıqlayacağı gözlənilir.