Mbappe məşqə qatılmadı

Fransa millisinin hücumçusu Kilian Mbappe son məşqi buraxıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. 25 yaşlı hücumçu kürəyində olan ağrılara görə hazırlıqda iştirak etməyib.

Mbappenin bu gün Kanada ilə oyunda iştirakı sual altındadır.