Mbappe mərhələ keçəcəklərinə əmindir

PSJ-nin ulduz futbolçusu Kilian Mbappe Çempionlar Liqasının yarımfinalında Dortmund “Borussiya”sı ilə cavab oyunundan əvvəl jurnalistlərə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, o. finala yüksələcəklərinə əmin olduğunu bildirib:

“Hər şey yaxşıdır. Əminəm ki, biz finala yüksələ biləcəyik. Matça ciddi hazırlaşırıq. Hər şey yaxşı olacaq”.

Komandalar arasındakı cavab matçı mayın 7-də Parisdə keçiriləcək. İlk oyunda Almaniya təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.