Mbappe səfər oyununu buraxacaq

Fransalı hücumçu Kilian Mbappe PSJ-nin son məşqində iştirak etməyib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forvard sol diz nahiyəsində narahatlıq keçirdiyi üçün məşqə qatılmayıb.

Hücumçu bu gün “Nitsa” ilə keçiriləcək liqa oyununda iştirak etməyəcək.

Oyuna saat 23:00-da start veriləcək.