Mbappe: “İndi Madriddən Lillə uçuşlara baxmaq lazımdır”

“Real”ın futbolçusu Kilian Mbappe qardaşı Etanın “Lill”ə keçidini şərh edib.

Futbolpress.az xəbər verir ki, Kilian sosial şəbəkə hesablarında transferlə bağlı bunları yazıb:

“Möhtəşəm klubda yeni başlanğıc. Sən və komandan üçün ən yaxşısıdır. Sənin böyük fanatınam. Ən çətin dönəmlər indi başlayır, ancaq sən bunun öhdəsindən gələ bilərsən. İndi Madriddən Lillə uçuşlara baxmaq lazımdır”.

Etan qardaşı Kilian kimi PSJ-dən ayrılıb. O, “Lill” ilə 3 illik müqavilə imzalayıb.