Mbappe: “İndi başqa xəyalım var”

“Real” yeni transferi Kilian Mbappeni ictimaiyyətə təqdim edib.

Futbolpress.az xəbər verir ki, “Santyaqo Bernabeu”da keçirilən mərasimdə 85 min azarkeş iştirak edib.

Mbappe təqdimatda bunları deyib:

“Mənim üçün inanılmaz gündür. Uşaqlıqdan bir xəyalım var idi, o da burda olmaq. İllərdir məni sevgi atəşinə tutan “Real” azarkeşlərinə təşəkkür edirəm. İndi başqa xəyalım var. Dünyanın ən yaxşı komandasında tarixə düşmək. Bu klub üçün hər şeyimi verəcəyəm”.

Mbappe “Real”la 5 illik müqavilə imzalayıb.