Madrid “Real”ının futbolçusu Kilian Mbappe keçmiş komandası PSJ ilə mübahisəsinə görə Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsinə müraciət edib.
Futbolpress.az xəbər verir ki, fransalı oyunçu Paris klubundan 55 milyon avro təzminat tələb edib.
Qeyd olunur ki, iclas dekabrın 11-də olacaq.
Əvvəllər PSJ, LFP hüquq komitəsinin sentyabrın 11-də, daha sonra isə oktyabrın 25-də birgə apellyasiya şurasının qərarlarına baxmayaraq, oyunçunun ödənilməmiş əmək haqqı və bonuslar şəklində tələb etdiyi müəyyən məbləği ödəməkdən imtina etmişdi. Fransa Futbol Federasiyası (FFF) da klubun son tarixdən sonra göndərilən tələbini rədd edib.