Mbappe heç-heçədən bunları yazdı

“Real”ın futbolçusu Kilian Mbappe İspaniya La Liqasının I turunda “Malyorka”ya qarşı keçirdikləri oyundan sonra paylaşım edib.

Futbolpress.az xəbər verir ki, fransalı hücumçu sosial şəbəkə hesablarında 1:1 hesabıyla başa çatan görüş haqda bunları yazıb:

“Nəticə yaxşı deyil. Diqqətimizi növbəti matça yönəldib, hazır olacağıq. İrəli, Madrid”.

“Real” növbəti turdan avqustun 25-də “Valyadolid”lə qarşılaşacaq.