“Real” İspaniya La Liqasının VI turunda “Espanyol”u məğlub edib – 4:1.
Futbolpress.az xəbər verir ki, madridlilərin son qolunu 90-cı dəqiqədə Kilian Mbappe vurub. Fransalı futbolçu ardıcıl üçüncü çempionat oyunudur ki, “11 metrə”dən qol vurur.
Mbappe komandanın keçmiş hücumçusu Kərim Benzemanınn göstəricisini təkrarlayıb. Benzema da həmyerlisi kimi 2022-ci ildə ardıcıl üç La Liqa oyununda penaltidən fərqlənib.