Mbappe həm fitə basıldı, həm alqışlandı

PSJ-nin hücumçusu Kilian Mbappe komandanın azarkeşləri ilə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, fransalı hücumçu mövsümün son ev oyununda fanatlar qarşısında axırıncı matçını keçirib.

“Tuluza” ilə görüşün (1:3) əvvəlində fanatların bir hissəsi onu fitə basıb, bir hissəsi alqışlayıb. Matçın sonunda isə arenadakı fanatlar onu alqışlayıb və sevgisini göstərib.

Mbappe yayda PSJ-dən ayrılacağını açıqlayıb