Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu Kilian Mbappenin performansını dəyərləndirib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis forvardla bağlı bunları deyib:
“Mbappenin performansı narahatlıq yaradır? O, özünü yaxşı hiss edir, ancaq digər futbolçular kimi 100 faiz hazır deyil. Bir müddətdir qol vurmur və daha aqressivləşir. Mbappe tələbkardır və qol vuracaq. Fransa millisi onunla daha güclüdür”.