PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasında “Borussiya”ya məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, fransalı hücumçu 0:1 hesabıyla uduzaraq turnirlə vidalaşmaları haqda bunları deyib:
“Çempionlar Liqasını qazanmaq hədəfimiz idi. Əminəm ki, PSJ bir gün bunu bacaracaq. Bu axşam kədərliyik, məyusuq”.