Mbappe: “Bu, təvazökarlıqdır?”

“Real”ın futbolçusu Kilian Mbappe açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “RMC Sport”a danışan fransalı hücumçu xarakterindən söz açıb:

“Mən sadə biriyəm. Çalışıram, özümü təbii aparım. Bu, təvazökarlıqdır? Bəlkə də, kənardan elə görünür. Bura komandaya kömək etmək, meydanda və meydandan kənarda hər kəslə yaxşı olmaq üçün gəlmişəm. Burada hər kəs möhtəşəmdir və belə kluba uyğunlaşmaq çox asandır. İnanıram ki, bundan da yaxşı olacaq”.

Mbappe “Real”la La Liqada 3 oyunda 2 qol vurub.