“Real” UEFA Superkubokunda “Atalanta”nı məğlub edib – 2:0.
Futbolpress.az xəbər verir ki, “kral klubu”nun yeni transferi Kilian Mbappe bu görüşdə debüt edib və komandadakı qol hesabını açıb. Fransalı forvard matçdan sonra “Marca” nəşrinə açıqlamasında bunları deyib:
“Gözəl axşam oldu. Bu anı çoxdan gözləyirdim, çox xoşbəxtəm. Hücumçu üçün qol vurmaq vacibdir, amma mən öz oyunu oynamağa çalışıram. Hələ artırmalıyıq və bu komanda həmişə qalib gəlməlidir. Bütün mövqelər üzrə ən yaxşı futbolçular bizdədir”.