PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappenin klubdan ayrılmasını şərh edib.
Futbolpress.az “RMC Sport”a istinadən xəbər verir ki, funksioner fransalı futbolçu haqda bunları deyib:
“Ona ən yaxşısını arzu edirəm. Yeddi ildə bizim üçün müstəsna işlər gördü. Onunla müqavilə imzalayanda 18 yaşı var idi. İndi böyüyüb və dünyanın ən yaxşı oyunçusudur.
Onun bu klub üçün etdikləri ilə qürur duyuram. Bilirəm ki, bir gün Fransaya qayıdacaq”.
Mbappenin “Real”la müqavilə imzalaması gözlənilir. Forvard 2018-ci ildən PSJ-də çıxış edirdi. O, Paris təmsilçisində 308 oyunda 256 qol vurub, 108 məhsuldar ötürmə edib.