Fransa millisinin futbolçusu Kilian Mbappe açıqlama verib.
Futbolpress.az xəbər verir ki, hücumçu Avro-2024-də İspaniyaya məğlub olduqları (1:2) yarımfinal matçından sonra bunları deyib:
“Futbolda ya yaxşısınız, ya pis. Mən pis oldum. Evə qayıdırıq. Avro-2024 mənim üçün yaxşı keçmədi. İstirahət etməliyəm və bu, faydalı olacaq. Ondan sonra yeni dönəmə başlayacam”.
Mbappe turnirdə bir qol vurub.