Matteus yeni mövsümün favoritini açıqladı

“Bavariya”nın keçmiş futbolçusu Lotar Matteus Almaniya Bundesliqasında 2024/25 mövsümünün favoritini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, “Bild”ə danışan mütəxəssis son çempion “Bayer”in yenidən iddialılardan olacağını deyib:

“Bayer” mövsümə favorit kimi daxil olacaq. Onlar ötən mövsümü məğlubiyyətsiz bitirdilər və gözəl çempionluq qazandılar. Yenə favorit onlardır. Çünki baş məşqçiləri Xabi Alonso iki ildir komandadır və heyətlərini qoruya biliblər. Onlar digər komandalardan daha üstün görünürlər”.