Matias: “Hər oyundan sonra evə qayıtmaq ağır idi”

“Neftçi”nin futbolçusu Yuri Matias Azərbaycan Premyer Liqasının X turunda “Səbail”ə qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi matçla bağlı bunları deyib:

“Qələbə sayəsində üzərimizdən böyük yük atdıq. Çətin dönəmlərdən keçirdik. Hər oyundan sonra evə qayıtmaq ağır idi. Ailə ilə söhbət etmək çətin olurdu.

Bu dövrü qələbə sayəsində geridə qoyduq. Əlbəttə, baş verənlər keçmişdə qaldı. Yeni baş məşqçimiz var və yeni tarix yazmaq istəyirik. Qələbəni azarkeşlərə həsr edirik. Onlar da bizim kimi çətin dönəmdən keçdi. Fanatlarımız bu qələbəyə layiqdirlər”.