AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycan Respublikası ərazisində matəm elan olunub.
Futbolpress.az xəbər verir ki, baş verən faciə ilə əlaqədar Azərbaycan Basketbol Liqasında (ABL) 9-cu turun “Şəki” – “Gəncə”, “Sumqayıt” – “Quba” və “Naxçıvan” – “Abşeron” görüşləri irəli bir tarixə təxirə salınıb.