“Sabah” “Sumqayıt”ı xalsız yola saldı

Bu gün Azərbaycan Premyer Liqasında XXXV turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, gümüş medallar uğrunda mübarizə aparan “Sabah” əsas rəqiblərindən “Sumqayıt”ı qəbul edib. Masazırda baş tutan oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Azərbaycan Premyer Liqası
XXXV tur

18 may

Sabah – Sumqayıt 2:0
Qollar: Murad Xaçayev, 35 (avtoqol), Anatoli Nuriyev, 90+1
Baş hakim: İnqilab Məmmədov
“Bank Respublika Arena”

“Sabah”: 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 15. Kristian da Silva, 90. Oluvaseun Timilehin
Baş məşqçi: Krunoslav Renduliç

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov