Martinezdən Messiyə tərif

“İnter”in və Argentina millisinin hücumçusu Lautaro Martinez “İnter Mayami”nin hücumçusu Lionel Messi haqda danışıb.

Futbolpress.az xəbər verir ki, o, Messini tərifləyib:

“Mən onun dostuyam. Söhbət adını dünya futbol tarixinə yazdırmış Lionel Messidən gedir. Məşqlərdə belə o, sanki fərqli idman növü ilə məşğul olur. O, heç vaxt görmədiyimiz şeyləri ortaya qoyur. Messi uduzmağı heç sevmir”.

Messi bu mövsüm 11 matçda 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.