Martines qərarını verdi

Lautaro Martines “İnter”lə yeni müqavilə imzalayacaq.

Futbolpress.az xəbər verir ki, Martines “İnter”də qalmaq barədə qərar verib.

Yeni sözləşmə 2029-cu ilin yayına kimi nəzərdə tutulacaq.

Argentinalı futbolçu ilinə 9 milyon avro qazanacaq.

Hücumçu 2018-ci ildən “İnter”də çıxış edir.