“İnter” İtaliya A Seriyasının X turunda “Empoli”ni məğlub edib – 3:0.
Futbolpress.az xəbər verir ki, “neradzurra”nın hücumçusu Lautaro Martines bu görüşdə fərqlənməklə komandadakı 134-cü qolunu vurub.
Martines bununla da “İnter” tarixinin legioner bombardiri adını qazanıb. O, 133 qolu olan macar İştvan Nerşunu ötüb.
“İnter”in ən çox qol vuran oyunçusu isə 284 qolla Cüzeppe Meyatsadır.