Martines Gürcüstana məğlubiyyətdən danışdı

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Avro-2024-ün qrup mərhələsinin üçüncü turunda Gürcüstana məğlubiyyəti şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

“Oyuna yaxşı başlamadıq və erkən qol buraxdıq. Qələbə daha çox Gürcüstana lazım idi. Son ötürmələrdə və zərbələrdə dəqiqliyimiz çatmadı. Qol vurmağa çalışsaq da, alınmadı. Gürcüstan layiqli qələbə qazandı”.

Portuqaliya F qrupunu 6 xalla lider bitirib. Komanda 1/8 finalda Slovakiya ilə qarşılaşacaq.