Marsialın yeni klubu rəsmiləşdi

“Mançester Yunayted”dən ayrılan Antoni Marsial karyerasını Yunanıstanda davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, fransalı hücumçu AEK-ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Marsial 2015-2024-cü illərdə “Mançester Yunayted”də çıxış edib. O, ötən mövsüm 13 oyunda 1 qol vurub.