Marsial ilə müqavilə imzalayacaqlar

“Mançester Yunayted”dən ayrılan Antoni Marsial karyerasını Yunanıstanda davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, fransalı hücumçu AEK ilə razılaşıb. Bu barədə “Relevo” nəşri məlumat yayıb. Yunanıstan klubu yaxın zamanda 28 yaşlı hücumçu ilə müqavilə imzalayacaq.

Marsial “Mançester Yunayted”də 317 oyunda 90 qol vurub, 47 məhsuldar ötürmə edib.