“Marsel”dən “Jirona”ya

“Marsel” qapıçısı Pau Lopesi icarəyə verib.

Futbolpress.az xəbər verir ki, 29 yaşlı qolkiper 2024/25 mövsümünü “Jirona”da keçirəcək. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Lopes daha əvvəl İspaniyada “Espanyol”, “Betis”, İngiltərədə “Tottenhem”, İtaliyada “Roma”da forma geyinib.