“Marsel” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Fransa klubu “Uotford”dan İsmael Koneni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.
Fransa mətbuatı “Marsel”in kanadalı futbolçu üçün 17,5 milyon avro ödəyəcəyini yazıb.
Kone 2023-cü ildən “Uotford”da çıxış edirdi. O, ötən mövsümdə 42 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.