“Marsel” İsveçdən futbolçu gətirdi

“Marsel” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisi “Malmö”dən Derek Korneliusu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Marsel” Derek üçün İsveç klubuna 4 milyon avro ödəyib. Futbolçu Kanada yığmasının da üzvüdür.