“Ayntraxt” klubunun hücumçusu Ömər Marmuş gələn il “Liverpul”a keçmək fikrindədir.
Futbolpress.az xəbər verir ki, 25 yaşlı futbolçu milli komanda yoldaşı Məhəmməd Salahın klubda üstün olduğunu gördükdən sonra “qırmızılar”a keçmək istədiyini açıq şəkildə bildirib. “Liverpul” və Bundesliqa təmsilçisinin gələn il üçün mümkün müqavilə ilə bağlı erkən danışıqlara başladığı bildirilir. “Ayntraxt” bu mövsüm Marmuşun yaxşı performansını nəzərə alaraq, forvardını buraxmaq üçün 50-60 milyon avro məbləğində qonorar tələb edir.
Qeyd edək ki, Misir yığmasının üzvü olan Marmuş bu mövsüm bütün yarışlar daxil 14 qol və 10 məhsuldar ötürmə ilə Avropanın ən məhsuldar hücumçularından biridir.