Dünya güləşinin canlı əfsanəsi, Azərbaycan güləşində 17 ildən artıq xidmət etmiş, rekordlarla zəngin karyeraya sahib Mariya idmançı kimi fəaliyyətini yekunlaşdırdı.
Futbolpress.az xəbər verir ki, bu barədə Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb. Mariya Azərbaycan idmanının yeganə 5 qat Olimpiada iştirakçısı, yeganə 4 qat Olimpiya medalçısı, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi kimi karyerasını sona çatdırdı.
Azərbaycan Güləş Federasiyası ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Mariya Stadnikə təşəkkürünü bildirib.