Mariya Stadnik ağır itki ilə üzləşdi

Qadın güləşi üzrə milli komandamızın üzvü, 4 qat olimpiya medalçısı, 2 qat dünya və 10 qat Avropa çempionu Mariya Stadnikə ağır itki üz verib.
Futbolpress.az xəbər verir ki, idmançının atası Vasili Stadnik uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Stadnik bir neçə gün öncə Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmışdı.