“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Benfika”dan Joao Mario ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə portuqaliyalı yarımmüdafiəçinin danışıqları tamamlamaq üçün bu gün İstanbula gələcəyi bildirilib.
31 yaşlı futbolçu bu mövsüm 2 oyunda meydana çıxıb.
Joao daha əvvəl İngiltərədə “Vest Hem”, İtaliyada “İnter”, Rusiyada “Lokomotiv” kimi klublarda forma geyinib.