Yeni mövsümə hazırlıqlarını davam etdirən “Çelsi” yoxlama oyunu keçirib.
Futbolpress.az xəbər verir ki, London təmsilçisi İngiltərənin I Liqa təmsilçisi “Rekshem”lə qarşılaşıb. Dörd qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 2:2.
Bu görüş Enso Mareskanın “Çelsi”nin sükanı arxasındakı ilk oyunu olub. “Zadəganlar”ın qollarını Kristofer Nkunku və Lesli Uqoçukvu vurub.