Mareska Mudriklə bağlı yeniliyi bölüşdü

“Çelsi”nin baş məşqçisi Enzo Mareska  dopinq aşkarlandığı üçün cəzalandırılan futbolçusu Mixail Mudrik barədə sorğunu cavablandırıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistin – “Mudrik haqqında hər hansı yenilik varmı?” – sualına – “Xeyr, heç nə” – deyərək lakonik cavab verib.

Qeyd edək ki, ukraynalı futbolçunun dopinq testi müsbət çıxdığna görə uzun müddətlik diskvalifikasiya olunacaq. Ukrayna millisinin üzvünün 4 illik cəza alacağı gözlənilir.