Mareska: “Çelsi” Çempionlar Liqasında olmalıdır”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska “zadəganlar”ın gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacağına inandığını bildirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa mövsümünün bitməsinə 9 matç qalmış Mareska komandasının ilk dördlüyə düşmək üçün keyfiyyət və əzmkar olduğuna inanır:

“İnanıram ki, biz iki ay əvvəlkindən daha yaxşı komandayıq. Biz oradayıq – ilk dördlükdə və bütün mövsüm orada olmuşuq. Ona görə də bizim işimiz mövsümü orada bitirməyə çalışmaqdır. Və dediyim kimi, bu klub Çempionlar Liqasında olmalıdır, ona görə də klubu ora gətirmək üçün əlimizdən gələni etməliyik”.

Aktivində 49 xalı olan “Çelsi” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.