“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr komandanın sabiq çalışdırıcısı Erik ten Haqla indiki baş məşqçi Ruben Amorimi müqayisə edib.
Futbolpress.az xəbər verir ki, ingiltərəli futbolçu hər iki çalışdırıcının fərqli üslublara malik olduqlarını bildirib:
“Onların oxşar üslublarla gəldiklərini deyə bilmərəm. Onlar istədikləri və tələb etdikləri baxımından tam əksdirlər. Bu səbəbdən keçid dövrü asan olmayacaq.Biz hamımız məşqçiyə və onun bütün heyətinə böyük inanırıq. Əminəm ki, hər şey dəyişəcək. O, bu klubu dirçəltmək üçün nə etməli olduğunu aydın başa düşür.Gəldi və edilməsi lazım olan hər şeyi etdi. O, həqiqətən tələbkardır”.