“Mançester Yunayted”in futbolçusu Harri Maquayr Avropa Liqasında “Portu”ya qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi 3:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Altı ildir, bu klubdayam. İşlərin necə getdiyini bilirəm. Nəticə olmayanda təzyiq də artır. Baş məşqçimiz Erik ten Haq kifayət qədər təcrübəlidir və neçə ildir, bizimlə işləyir. Əminəm ki, o, komandanı bu durumdan çıxaracaq”.
“Mançester Yunayted” son 4 rəsmi matçında qələbə qazana bilməyib. “Qırmızı şeytanlar” bu görüşlərdə 3 heç-heçə edib, 1 dəfə uduzub.