Mane Avropaya qayıda bilər

“Əl Nəsr”in hücumçusu Sadio Mane Avropaya qayıda bilər.

Futbolpress.azTodofichajes” nəşrinə istinadən xəbər verir ki, “Jirona” Manenin xidmətində maraqlıdır.

Manenin komandası ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

32 yaşlı futbolçu bu mövsüm 42 matçda 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.